- Bulanıq suya dəyməsən lili çökəcək , suyu durulacaq.
- Ağlını bütün fikirlərdən təmizlə , imkan ver ürəyin hüzura qovuşsun
- Cəhalət artdıqca , ağıl və bilik irəli çıxar
- Ailədə hüzur pozulunca , ailə əxlaqı yaranmağa başlayar.
- Atın bir kənara “müdrikliyi” və “müqəddəsliyi” insanlar yüz dəfə daha xoşbəxt olarlar
- Atın bir kənara “insanilyi” və “ədaləti” insanlar sevgiyə və hörmətə qayıdarlar
- Atın bir kənara fərasət və qazancı oğru və quldurlar yoxa çıxacaqlar
- Bu üçü kifayət deyilsə, sadəcə dairənin mərkəzini tut və qoy , hər şey öz yoluyla getsin
- Burax düşünməyi və problemlərinə son ver
- “hə” və “yox” arasında fərq nədədir, uğur və uğursuzluq nə ilə fərqlənir
- Başqalarının dəyərləndirdiyini dəyərləndirməyə borclusan mı?, başqalarının qorxduğundan qorxmağa borclusan mı?
- Tam olmaq istəyrsənsə , yarımçıq olmağa icazə ver özünə
- Düz olmaq istəyirsənsə əyri olmağı icazə ver özünə
- Dolu olmağı istəyirsənsə , boş olmağı icazə ver özünə
- Yenidən doğulmaq istəyirsənsə, ölməyi icazə ver özünə
- Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et
- Özünü tam olaraq ifadə et və sus, təbii proseslər kimi ol(külək əsirsə əsir, yağış yağırsa yağır)
- Ayaq barmaqları üstə qalxan uzun müddət tab gətirməyəcək
- Başı alovlu yürüyən uzaq gedə bilməyəcək,
- Parlamağa çalışan nurunu qaraldacaq
- Özünü tərifləyən kəs əslində kim olduğunu bilmir
- Başqalarını hakimiyyəti altına alanın özünə hökmü çatmır
- Işindən bərk yapışan əbədi bir şey yarada bilmir.
- Ağırlıq yüngüllük üçün zəmindir
- Hərəkətsizlik hər hansı hərəkət üçün zəmindir
- Özünü ora-bura vurmaqla , kökünlə əlaqəni itirmiş olursan
- Əgər qərarsızlığın səni hərəkət etdirməsinə icazə verirsənsə , kimliyinlə əlaqəni itirmiş olursan
- Yaxşı insan pis insanın müəllimindən başqa nədir ki? Pis insan yaxşı insanın işindən savayı nədir ki?
- Ağını tanı, amma qarandan möhkəm yapış
- Kimliyini tanı, amma heç kim olduğundan möhkən yapış
- Özünə inandığı üçün , başqalarını inandırmağa çalışmır.
- Özünü qəbul etdiyi üçün, bütün dünya onu qəbul edir
- Başqalarını tanımaq ağıl əlamətidir, özünü tanımaq müdriklik
Aliyə Nuruyeva