“Dell” şirkəti dünyada ilk dəfə olaraq “Microsoft Teams” düyməsinə malik olan və videokonfranslar üçün nəzərdə tutulan monitorlar təqdim edib.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, bu monitorlar 5 MP kamera, səs-küyü aradan qaldıran funksiyalı mikrofon və “Windows Hello” üz tanıma texnologiyası ilə təchiz olunub.
Ümumilikdə, monitorların üç versiyası mövcuddur:
– 24 düymlük model (FHD) – $519.99;
– 27 düymlük model (QHD) – $719.99;
– 34 düymlük model (WQHD) – $1149.99.
Bildirilir ki, yeni monitorlar fevralın 16-da satışa çıxacaq.
Bundan əlavə, “Dell” monitorlarına “Teams” və “Skype” xidmətlərini idarə etmək üçün xüsusi düymələr əlavə etmək mümkün olacaq. Bu, “Microsoft”un 2020-ci ildə işə saldığı displeylərin sertifikasiya proqramı çərçivəsində reallaşdırılan texnologiyadır.
Xatırladaq ki, bundan əvvəl “Jabra” istehsalçısı eyni addımı atmışdır – o, videokonfrans zamanı “Teams” pəncərəsini ön plana çıxarmaq funksiyasını işə salmışdır.