2 C
Baku
Saturday, December 14, 2024

Deputat Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Milli Məclisin deputatı Rüfət Quliyev iqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə parlament komissiyasındakı çıxışında misli görünməmiş təkliflər verib.

Banker.az Virtualaz.org-a istinadən xəbər verir ki, R.Quliyev Azərbaycandakı iri infrastruktur layihələrini icarəyə verməyi təklif edib.

“Azərbaycanda hava limanları və idman kompleksləri tikilir. Bizdə elə obyektlər var ki. onlar başqa ölkələrdə yoxdur. Hesab edirəm ki, Lənkərandakı hava limanı Rusiyanın hansısa güclü kommersiya strukturuna təklif olunsa, o, ya həmin obyekti tam, ya da Azərbaycanın kommersiya strukturu ilə tərəfdaşlıq şəraitində qismən idarə edə bilərdi”, – deputat bildirib.

Son xəbərlər
Digər xəbərlər