6 C
Baku
Sunday, December 15, 2024

DGK 228 min ABŞ dollarının qanunsuz ölkədən çıxarılmasının qarşısını alıb

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyin tələblərini pozaraq, Azərbaycanın gömrük sərhədindən 227.9 min ABŞ dolları məbləğində vəsaitin keçirilməsinin qarşısını alıb.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, gömrük əməkdaşları 7.8 min avro, 7.6 milyon rus rublu, 2.303 milyon manat dəyərində 7.7 min ədəd qızıl zinət əşyaları, 1 504 qram qızıl, 251.8 min manat dəyərində 5 899 ədəd gümüs zinət əşyaları və 59.5 min qram gümüs kütlələr (külçə), 59.9 min manat dəyərində 37.7 karat qiymətli daşlar, 97.3 min manat dəyərində 5 ədəd qızıl saat aşkar edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər