İtalyan rəssam Mauritsio Katelanın “Art Basel Miami Beach”də quruluş verdiyi “divara yapışdırılmış banan” əsərləri hərracda 120 min dollara satılıb.
Xarici mediaya istinadən xəbər verir ki, “Komediant” adlı əsər iki nüsxədə təqdim olunub. 120 min dollar məbləğ onların hər biri üçün ayrı-ayrılıqda verilib. Üçüncü bananın qiyməti isə 150 min dollaradək yüksəlib. “Banan çox məna verir – bu, beynəlxalq ticarətin, ikifikirliliyin və yumorun klassik alətidir”, – deyə əsər haqqında bildirilib.
Qafqazinfo.az