13 C
Baku
Saturday, May 18, 2024

Dollar kreditlərinin dayandırılması bank sektorunda nəyi dəyişəcək?

Bank sektorunda baş verən proseslərin dinamik inkişafı,dünən Hesablama Palatası tərəfindən dollar kreditlərinin 1 aylıq məhdudlaşdırılması ilə nəticələndi.

Bəs bu addımı atmaqda zərurət nə idi?

Banker.azın ekspertlərinin fikrincə, belə bir addımı atmaqda hökumət daha çox 2 nüansı nəzərə almışdır. Birinci, dollar kreditlərinin devalvasiya nəticəsində əhalini qoyduğu pis vəziyyət nəticəsində narazıçılığı aradan qaldırmaq xarakteri daşıyırdı. Burada həmçinin bankların valyuta riskinin borclanlara ötürülməsi prosesidə məhdudlaşdırıldı.Çünki bankların çoxu xaricidən investisiyaları (bura həmçinin dollar depozitləridə daxildir) dollarda cəlb edirlər və bu riski borcluya ötürmək və valyuta konvertasiya xərclərini azaltmaq üçün riski kredit götürən şəxslər arasında bölürdülər. İkinci məsələ isə, bizim ehtimallarımıza görə, manatın mövqeyinin möhkəmləndirilməsi ilə əlaqədardır və bu daha çox kəşfiyyat xarakteri daşıyır. Palata hələki dollar kreditləri ilə bağlı son qərarı 1 aydan sonra verməsini planlaşdırır. Bu addımın manatın mövqeyi ilə bağlı olan hissəsi, əsasən bankların ( əhalidən qaynaqlanan tələb , həmçinin dollar depozitləri) dollara olan tələbini aşağı salmaqdan ibarət idi.

Bu qərar kreditləşmə bazarına necə təsir edəcək?

Palata bu qərarı növbəti ayda qüvvədə saxlasa, banklar onsuzda çətinliklə satdıqları dollar kreditlərini daha çox intensivliklə ölkədən çıxardaraq xarici investorların vəsaitlərini qaytarmağa çalışacaqlar. Bu isə manata qısa müddətlidə olsa, basqı göstərəcək.

 Qeyd edilən proses həmçinin  manata olan tələbatda artıracaq. Bu məqsədlə, bankların manat depozit faizlərini bir qədərdə artıracağı istisna edilmir.

Bankların caricidən investisiya cəlb edilməsi qismən azalsada, daxildə olan investorlara ehtiyac kifayət qədər artmaqdadır. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdirki, daxildə investorlar , manatın dəyərdən düşməsi prosesindən çəkinərək, vəsaitlərinin çoxunu dollarda saxlayırlar. Buradan belə çıxırki, valyuta riskini ya banklar öz üzərinə götürməlidir, yada investorlar – bu isə hər iki halda kredit faizlərinin artımı deməkdir. Kredit faizləri isə Mərkəzi Bank tərəfindən artıq limitləşdirilib – yəni biznes kreditləri üzrə illik FİFD 25%, istehlak kreditləri üzrə isə 29% artıq ola bilməz. Bu isə müəyyən mənada bank sektorunun artıq investisya cəhətdən cəlbedici olmadığı mənasına yavaş-yavaş gəlməkdədir. Ona görə, hələki nə kredit faizlərinin azalması realdır. nədə bank işçilərinin ixtisarının azalması.

Analitiklərin fikrincə, bu prosesdə əsas zərbə BOKT-lara dəyəcəkdir. Bu təşkilatların investisiya kimi cəlb etdiyi vəsaitin çoxu məhz dollardadır. Əks tərəfdən, bu tip təşkilatların yerli investor cəlb etməkdə kifayət qədər çətinlikləri vardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər