18 C
Baku
Thursday, April 18, 2024

Dövlət büdcəsinə köçürmələr ƏDV-nin hesabına artdı

Azərbaycanın dövlət büdcəsinə 2021-ci ilin aprel ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə 370.85 milyon manat (₼) həcmində vəsait daxil olub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Aprel ayı üzrə gəlirlərin həcmi cari ilin martından 20.71 milyon manat, yaxud 6% olmuşdur.

Gömrük rüsumu üzrə gəlirlər aylıq müqayisədə ₼20.63 milyon (2% ) azalma ilə ₼99.83 milyona, ƏDV üzrə gəlirlər ₼23.59 milyon artımla (10%) ₼251.92 milyona, aksizlər üzrə cüzi azalma ilə ₼15.44 milyona və yol vergisi üzrə isə ₼0.79 milyon  manat azalma ilə (18%) ₼3.66 milyon manata qədər düşüb.

Cari ilin ilk 4 ayında isə gömrük xətti ilə dövlət büdcəsinə  ₼1 milyard 314.39 milyon təşkil edib. Bu da öncəki ilin eyni dövründən 33% çox olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər