Azərbaycan Respublikasının Dövlət Büdcəsinin 2019-cu ilin mayında defisit yaranıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.
Hesabata görə, ölkənin büdcə gəlirləri 8 milyard 999,3 milyon manat, büdcə xərcləri isə 9 milyard 426,1 milyon manat təşkil edib və son nəticədə 426,8 milyon manatlıq büdcə kəsiri yaranıb.
Bildirək ki, büdcə xərclərinin ÜDM-də payı 30.8% təşkil edib ki, bu 2015-ci ilin sonuncu ayından bu tərəfə ən yüksək hədd olması deməkdir.