“Dövlət Məşğulluq Agentliyi” 48 min manatlıq məsləhət xidməti alır

“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxs “Zayqon Kaspian Konsaltinq” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə İSO 37001:2016 Beynəlxalq Standartın tələblərinin tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair xidmətlərin satınalınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 48 min manatdır.

Qeyd edək ki, “Zayqon Kaspian Konsaltinq” MMC 2004-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Gülnarə Rüstəmovadır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər