16 C
Baku
Saturday, April 20, 2024

Dövlət Məşğulluq Agentliyində yerdəyişmə olub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyində yerdəyişmə olub.

Banker.az xəbər verir ki, Bənnalı Pərviz Həmid oğlu Məşğulluq tədbirləri departamentinin müdiri təyin edilib. Pərviz Bənnalı buna qədər DMA-nın 5 saylı ərazi məşğulluq filialının müdiri idi. İndiyə qədər bu departamentə rəhbərlik edən Əlizadə Azər Əliman oğlu isə 5 saylı ərazi məşğulluq filialının müdiri təyin edilib.

Məşğulluq tədbirləri departamenti işaxtaran və işsiz şəxslərin qeydiyyatı, fərdi məşğulluq proqramlarının tərtibi və icrası, işsizlikdən sığorta ödənişinin təyini, işaxtarışına və özünüməşğulluğa kömək göstərilməsi, haqqı ödənilən ictimai işlərin təşkili ilə bağlı tənzimləməni həyata keçirir.

Departamentin strukturunda iki – Özünüməşğulluq şöbəsi və İşədüzəltmə və sığorta şöbəsi fəaliyyət göstərir.

Dövlət Məşğulluq Agentliyinin ümumilikdə 13 departamenti vardır.

Son xəbərlər
Digər xəbərlər