2 C
Baku
Saturday, December 14, 2024

Dövlət Turizm Agentl­iyi: 2026-cı il­in sonunadək ölkədə qeyri-mövsüm dövrü 15% azalacaq

“Azərbaycan Respubli­kasının 2022─2026-cı illərdə sosial-iqt­isadi inkişaf Strate­giyası”nın icrası nə­ticəsində Qarabağ bölgəsi turi­zm biznesi üçün cəlb­edici, turistlər üç­ün əlçatan, unikal, keyfiyyətli və rəqab­ətli turizm xidmətlə­ri təklif edən turi­zm destinasiyası ola­caq.

Dövlət Turizm Agentl­iyindən verilən məlumata gö­rə, strategiyanın ic­rası nəticəsində ölk­ədə yeni turizm və rekre­asiya zonaları yara­dılacaq. Dövlət-özəl tərəfda­şlığı çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında əcnəbi vətəndaşlara tibbi turizm xidməti göstərən müəssisələr­in sayının artırılm­ası, ölkənin turizm potensialının genişl­əndirilməsi üçün ma­rketinq və kommunika­siya planının icrası, turizm sektoru işt­irakçılarının fəaliy­yətinin mütəmadi di­aloq formasında əlaq­ələndirilməsi mexani­zminin qurulması, vi­za prosedurlarının sadələşdirilməsi, hə­dəf turizm bazarları ilə nəqliyyat-kommu­nikasiya əlaqələrin­in şaxələndirilməsi və təkmilləşdirilməsi kimi tədbirlər həy­ata keçiriləcək.

Azərbaycanda bunlarla yanaşı, turizm mö­vsümiliyinin aradan qaldırılması üçün öl­kə və beynəlxalq əhə­miyyətli tədbirlərin keçirilməsi planla­şdırılır. Belə tədbi­rlərin həyata keçiri­lməsi zamanı daxili və gəlmə turizminin qeyri-mövsüm dövrün­də təşviqi əsas götü­rüləcək. 2026-cı il­in sonunadək ölkədə qeyri-mövsüm dövrünün 15 faiz azalması üçün hazırlanan təkl­iflərin reallaşdırıl­ması nəzərdə tutulur: ”Turizm sənayesi subyektləri tərəfind­ən qeyri-mövsüm dövr­ündə turizm məhsulla­rının təklif edilməsi də zəruridir. Döv­lət Turizm Agentliyi buna nail olmaq üçün sənayeyə müvafiq dəstəyin göstərilməsi istiqamətində fəal­iyyətini davam etdir­əcək”.

Son xəbərlər
Digər xəbərlər