Bakı şəhəri üzrə 14 sentyabr 2021-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, satılan nəqliyyat vasitələrinin siyahısında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus avtomobil də var.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus Daewoo Nexia və Kia Optima markalı nəqliyyat vasitəsinin hərracda yekun satış qiyməti isə müvafiq olaraq 4 000 və 4 500 manat təşkil edilib.