27 C
Baku
Sunday, April 28, 2024

Dövlət Xidməti: Ötən il istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb

2023-cü ildə istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 7597 müraciətə baxılıb.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Bu, 2022-ci ildən 36.4 faiz daha yüksək göstəricidir. Ötən il daxil olan müraciətlərin təmin olunma səviyyəsində 2022-ci illə müqayisədə 26.6% artıma nail olunub. Hesabat dövründə sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb. Bu isə 2022-ci ildəki göstəricidən 83% çoxdur”, – deyə qurum rəhbəri qeyd edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər