9 C
Baku
Thursday, December 12, 2024

Dövlətin şüşə zavoduna yeni direktor təyin edilib

Dövlətin əmlaklarının idarəedicisi “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus, 2018-ci ildən fəaliyyət göstərən “ASK Şüşə” MMC-nin bazasında bu il yaradılmış və özəlləşdirməyə hazırlanan “Qaradağ Şüşə Zavodu” ASC-nin direktoru təyin edilib.

Banker.az xəbər verir ki, bu, İsgəndər Əliyevdir.

İsgəndər Əliyev indiyə qədər səhmdar cəmiyyətinin sədrinin müşaviri olub və yeni vəzifəsində Türkiyə vətəndaşı Cüneyt Cebecini əvəz edib.

Xatırladaq ki, “Qaradağ Şüşə Zavodu”nun nizamnamə kapitalı 35 milyon 950 min 630 manatdır.

Son xəbərlər
Digər xəbərlər