-1 C
Baku
Sunday, December 15, 2024

Dropbox, HelloSign elektron imza provayderini $230 milyona alıb

Bu, 2007-ci ildən bəri şirkətin tarixində ən böyük qazancdır.

HelloSign – sənədlərə elektron imza əlavə etməyə imkan verən bir xidmətdir. O, Google və Salesforce məhsullarında da işləyir, ümumilikdə şirkət 80 min müştəriyə malikdir.

Banker.az bildirir ki, razılaşmadan sonra, HelloSign Dropbox -dan ayrı fəaliyyət göstərəcək. Eyni zamanda, Dropbox digər elektron imza operatorları ilə də işləyəcək.

Pulsuz HelloSign tarifi, ayda üç sənəd imzalamanıza imkan verir. Hər ay 15 $  ödəsəniz, peşəkar hesab aça bilərsiniz. Bu halda sonsuz sayda sənəd imzalamaq imkanını almış olursunuz.

 HelloSign-in alınması Dropbox-a yeni bazarlara daxil olmağa və xüsusən Adobe və DocuSign ilə birbaşa rəqabət aparmağa imkan, CNBC qeyd edir. IPO-dan sonra, şirkətin maliyyə göstəriciləri analitiklər gözlədiyindən daha sürətli böyüyür, lakin birjaya daxil olduqdan sonra bir il ərzində şirkətin səhmləri əhəmiyyətli artım göstərməyib.

 

Son xəbərlər
Digər xəbərlər