6 C
Baku
Monday, December 16, 2024

Dubay özünün Dubaicoin adlı fərdi kriptovalyutasını istifadəyə verib

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubay özünün Dubaicoin (DBIX) adlı fərdi kriptovalyutasını istifadəyə verib. Sözügedən kriptovalyuta ictimai blockchain sistem əsasında qurulub və mayninq prosesi sayəsində generasiya olunur. Perspektiv cəhətdən Dubaicoin ödəniş vasitəsinə və investisiya aktivinə çevrilə bilər. Arabchain Technology adlı startap tərəfindən yaradılmış bu rəqəmsal valyuta ölkənin ilk ictimai blockchain sistemi olub. Crypto.com saytının verdiyi məlumata əsasən 26 maydan indiyənə kimi kriptovalyutanın dəyəri 1000% yüksəlib. Yəni onun qiyməti 0.17$-dan 1.13$-a yüksəlib.

“Banklar tərəfindən təmin edilmiş ənənəvi valyutalar əvəzinə yaxın zamanda həm mağalazarda həm də internetdə bəzi məhsul alışı ilə xidmət göstərilməsinin ödənişində Dubaicoin-dən istifadə etmək mümkün olacaq. Rəqəmsal valyutanın dövriyyəsi həm şəhərin özü həm də səlahiyyətli brokerlər tərəfindən nəzarətdə saxlanılacaq” – deyə Arabchain Technology şirkəti bildirib. Qeyd etmək lazımdır ki, Dubaicoin birjalarda hərraclar üçün hələ istifadəyə verilməyib və hələ mərkəzi bankların digər rəqəmsal valyutalarının analoquna çevrilməyib. Fərdi kriptovalyutasını istifadəyə verib onu test etməklə məşğul olan ilk ölkə Çindir. Yaxın gələcəkdə ABŞHindistanBöyük Britaniya və hətta Avropa Birliyi də fərdi rəqəmsal valyutalarını yarada bilərlər.

Son xəbərlər
Digər xəbərlər