Dünya Bankı (DB) bu il Gürcüstan iqtisadiyyatının bərpa olunacağını və ilin sonunda 4% artım nümayiş etdirəcəyini proqnozlaşdırır.
Bu barədə bankın “Global Economic Prospects” adlı hesabatının yanvar sayında bildirilir.
Sənədə əsasən, 2022-ci ildə qonşu ölkədə iqtisadi artımın 6% təşkil edəcək.
DB 2020-ci ildə isə Gürcüstanda iqtisadi azalmanın 6%-ə bərabər olacağını gözləyir.