Dünya Bankının ilkin qiymətləndirməsinə görə, COVID-19 pandemiyasının iqtisadiyyata əhəmiyyətli təsirinə baxmayaraq 2020-ci ildə Türkiyənin ÜDM-i 0,5% artıb.
Bu barədə Dünya Bankının “Global Economic Prospects” hesabatına istinadən xəbər verir.
Bildirilir ki, 2021-ci ildə yerli tələbatın tədricən artması sayəsində ölkədə ÜDM-in artım tempi 4,5%-dək sürətlənəcək. 2022-ci ildə isə ÜDM-in 5% artacağı proqnozlaşdırılır.
Bank qeyd edir ki, faiz dərəcələrinin artımına baxmayaraq, Türkiyə lirəsi ABŞ dollarına qarşı rekord səviyyədə minimuma endi, bu da ölkənin xarici balanslarını zəiflədərək əlavə kontrsiklik siyasətin tətbiqini məhdudlaşdırdı.