2 C
Baku
Saturday, December 14, 2024

Dünya üzrə ticarət təşkilatları $14 trilyon borcu gizlədib

Törəmə maliyyə alətləri arxasında gizlədilən öhdəliklərin həcmi 14 trilyon dollar, yaxud təqribən dünya ÜDM-un təqribən 18%-ni təşkil edir. 

Banker.az xəbər verir ki, Beynəlxalq Hesablaşmalar bankının (BIS) analitikləri həyata keçirdikləri araşdırma nəticəsində bu nəticəyə gəlib. Bu vəsaitlər qeyri-bank maliyyə təşkilatlarının balans hesabları olaraq təqdim edilib.

Burada söhbət valyuta svopları və risklərin hedcinqi üçün digər alətlərdən gedir. Müqayisə üçün qeyd edək ki, bankların ümumi balans borcu 10,7 trilyon dollar təşkil edir.

Bu cür öhdəliklər təhlükəsizlik xarakteri daşıyır və nəzəriyyədə sistemə stabillik qazandırmalıdır. Lakin böhran dövründə onlar likvidlik və maliyyələşmə ilə problemləri gücləndirərək özlüyündə ciddi təhlükəni əks etdirə bilər.

Ən təhlükəli ssenari ABŞ FES tərəfindən yenidən maliyyələşmə faizinin anidən artırılması şərtlərində inkişaf edə bilər ki, bu da dollara tələbatın artmasına və kütləvi olaraq müqavilələrə xitam verilməsinə gətirib çıxaracaq. BIS-in iqtisadi departamentinin rəhbəri Klaudio Borio-nun sözlərinə görə, belə vəziyyətdə hətta dayanıqlı maliyyə institutları belə ciddi risk ilə üz-üzə qalmış olur.

Son xəbərlər
Digər xəbərlər