9 C
Baku
Thursday, December 12, 2024

Dünyada ən çox nüvə silahına sahib olan ölkələr hansılardır?

Rusiya Prezidenti V. Putinin nüvə silahları və hipersəs (hipersonik) raketləri əhatə edən çəkindirmə güclərinin xüsusi döyüş hazırlığına gətirilməsi ilə bağlı əmri Rusiyanın nüvə silahları və hipersəs raketləri mövzusunu yenidən gündəmə gətirib.

SSRİ 1949-cu ildə ilk dəfə nüvə silahı sınağı həyata keçirdi və ABŞ-dan sonra dünyada nüvə silahına sahib 2-ci ölkə oldu. Bu iki ölkə arasında yarış səbəbindən 1980-ci illərdə SSRİ-nin nüvə silahı sayı 40 mini ötdü. SSRİ-nin dağılması və Vaşinqton ilə Moskva arasında Strateji Silahların Azaldılması müqaviləsi sayəsində bu rəqəm sürətlə azalsa da Rusiya hələ də dünyada ən çox nüvə silahına sahib ölkədir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) keçən il yayımladığı göstəricilərə görə, Rusiya 6 255 nüvə başlığı ilə dünyada birincidir. Rusiyanın sahib olduğu nüvə silahlarının sayında 2020-ci ilə nəzərən müqayisədə keçən il 120 ədəd azalma olub. Rusiyanın 1 800 yerləşdirilmiş nüvə başlığı mövcuddur.

Digər tərəfdən ABŞ 5 550 nüvə silahına sahibdir və bu iki ölkə dünyadakı nüvə silahının 90%-dən çoxuna sahibdir. Qərb Blokuna daxil olan Fransa 290, İngiltərə isə 225 nüvə başlığına sahibdir.

Rusiya səsdən sürətli raket sistemində də çox fəaldır. Ruslar SSRİ dövründən etibarən qısa və orta mənzilli səsdən sürətli (supersonik) raketlərlə yanaşı qitələrarası uçuş həyata keçirə bilən səsdən sürətli raketləri də inkişaf etdirir. Rusiya P-800, Oniks kimi bir çox növdə sayda səsdən sürətli raket istehsal edir. Atom enerjisi ilə işləyə bilən və nüvə başlığı daşıyan qitələrarası qanadlı raket 9M730 Burevestnik rusların ən strateji silahlarından biri olaraq qəbul edilir.

Rusiyanın dənizdən və qurudan atıla bilən və təxminən 1 000 km məsafəyə çata bilən Tsirkon raketi Mach 4,5 ilə Mach 6 arasında yüksək supersonik və hipersəs sürətlərə çatmağı hədəfləyir. Digər tərəfdən, Rusiyanın Hindistan ilə ortaq inkişaf etdirdiyi BrahMos I adlı səsdən sürətli raket öz sahəsinin ən yaxşılarından biridir. Səs sürətinin 3 qatına (Mach 3) qalxabilən və 290 km mənzili olan BrahMos I Rusiyanın Oniks raketinin bir oxşarıdır. 300 kq-a qədər şərti döyüş başlığı daşıya bilən BrahMos I havadan, dəniz altından və gəmidən atıla bilir.

Rusiyanın əlindəki bir başqa diqqət çəkici hipersəs raket isə Kinjaldır. Moskva administrasiyası 2018-ci ildə Kinjal hipersonik raketini təqdim etmişdi. Rusiya 19 fevralda təşkil edilən üçtərəfli nüvə təlimində hipersəs raketlər Kinjal və Tsirkondan istifadə etdiyini bildirmişdi.

Banker.az bu məqalədə Türkiyə mətbuatına istinad edib.

 

Son xəbərlər
Digər xəbərlər