9 C
Baku
Friday, December 13, 2024

Dünyada ən çox satılan mallar

Statistikaya əsasən satılan məhsulların yarıdan çoxuna istehlakçı tələbatı yoxdur və onlar qısa müddətdən sonra piştaxtalarda özünə yer tapa bilmir və ümumiyyətlə yoxa çıxırlar. Yalnız tək-tək məhsullar uzun illər ərzində satışların xitinə çevrilə bilir. Onlar öz istehlakçı kompaniyaların inanılmaz uğur və mənfəət qazandırır və bazarın müəyyən seqmentlərində situasiyanı köklü sürətdə dəyişirlər. 

Belə məhsullar insanlara və ictimai mədəniyyətə təsir göstərir, belə ki, onların bazara çıxması həmişə innovativ, bəzən də inqilabi hadisə hesab olunur. Aşağıda sizə 24/7 Wall Street internet saytının versiyasına əsasən əfsanə-məhsulların siyahısı təqdim olunur. Cədvəlin hazırlanmasında məmulatların çoxsaylı kateqoriyaları, fərqli əhali qrupları, istehlakçı sadiqliyi və satışların həcmi nəzərə alınıb.

Məhsul

Kateqoriya

Satılmış məmulatların sayı

Satışlaşlardan ümumi məfəət

İstehsalçı

«Kubik-Rubik»

Oyuncaq

350 milyon

Seven Towns Ltd.

iPhone

Smartfon

250 milyon

$150 milyard

Apple

«Harri Potter»

Kitab

450 milyon

$7,7 milyard

Scholastic nəşriyyat

Maykl Cekson «Triller»

Albom

110 milyon

Epic Records

«Mario»

video oyun

262 milyon

Nintendo

iPad

planşet kompüter

67 milyon

Apple

«Ulduz müharibələri»

Kino

$4,54 milyard

20th Century Fox

Toyota Corolla

Avtomobil

39 milyon

Toyota

«Lipitor»

əczaxana

$125 milyard

Pfizer

PlayStation

Oyun aparatı

300 milyondan daha çox

Sony

Apple kompaniyası siyahıda 2 məhsullar təmsil olunub, iPhone və iPad kompüter planşeti. Cəmi beş il ərzində iPhone-ların satışında fenomenal uğur əldə etmək mümkün olub. Hazırda o, dünyada ən çox satılan smartfon modelidir. iPad isə kommersiya baxımından uğur qazanmış ilk PK planşetidir. Iki il ərzində Apple planşetlərinin satışın həcmi kompaniyanın adi kompüterlər üzrə 24 il ərzində əldə etdiyi eyni nəticəni üstələmişdir.

2009-cu ildə rejissor Ceyms Kameronun “Avatar” filmi Amerikan kino kirayəsi tarixində kassadan ən gəlir toplayan film seçildi. Amma bu göstəricini seriallar kateqoriyasında nəzərdən keçirsək, onda rekord rejissor Corc Lukasın “Ulduz müharibələri” əfsanəsinə məxsusdur. Beş filmin ümumi kassa yığımları $4,54 milyard dollar təşkil edib. Ən çox satılan tibbi preparat “Lipitor”-du, bu cihaz qanda piy və xolesterinin səviyyəsini azaltmaq üçün istifadə olunur. Bu preparatın effektivliyi onun həkimlər və pasientlər arasında uğur qazanmasının əsas sirridir. Hazırda bu vasitə öz istehsalçısı Pfizer konserninə mənfəətinin 24%-ni qazandırır.

Son xəbərlər
Digər xəbərlər