19 C
Baku
Thursday, April 25, 2024

Dünyada koronavirusa yoluxanların sayı 200 milyonu keçdi

Con Hopkins Universitetinin verdiyi məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 200 milyonu keçib və hal-hazırda təxminən 200.24 milyon təşkil edir.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına əsasən, dünyada COVID-19-a yoluxanların sayı təxminən 199.46 milyon olaraq qiymətləndirilir.

Ölkələr arasında yoluxma sayına görə birinci yerdə ABŞ (35.33 milyon), ikinci yerdə Hindistan (31.81), üçüncü yerdə isə Braziliya (20 milyondan çox) dayanır.

Ən çox ölüm sayı ABŞ-da (614 min), Braziliya (559 mindən çox) və Hindistanda (426 mindən çox) qeydə alınıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər