12 C
Baku
Wednesday, December 11, 2024

Dünyada koronavirusdan ölənlərin sayı 4 milyonu keçib

Dünyada dörd milyondan çox insan koronavirusun qurbanı olub. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus Cenevrədə keçirilən brifinqdə məlumat verib.

ÜST rəhbəri peyvəndlərin qeyri-bərabər paylanması səbəbindən yeni ştammlara (“Delta” və “Delta-plus”) qarşı mübarizənin dəyişən müvəffəqiyyətlə davam etdiyini açıqlayıb. Peyvəndlərin bol olduğu ölkələr koronavirus məhdudiyyətlərini ləğv edərkən, digərləri COVID-19-un növbəti dalğasının öhdəsindən gələ bilmir. Məsələn, Afrika, Asiya və Latın Amerikasında oksigen və dərman çatışmazlığı səbəbindən minlərlə insan ölüb.

Xatırladaq ki, daha əvvəl dünyanın 20 ölkəsində yoluxmanın 3% artdığı məlum olub. Son bir həftədə yoluxanların sayı 2 milyon nəfər artıb, onlardan 54 min nəfər ölüb. Buna baxmayaraq, iki-üç ay əvvəlki dövrlə müqayisədə indi epidemioloji vəziyyət bir qədər yaxşılaşıb.

Son xəbərlər
Digər xəbərlər