Bu ilin I yarısında dünyada kriptovalyuta istifadəçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 121 milyon nəfər və yaxud 2,2 artaraq 221 milyon nəfərə çatıb.
Bu barədə rəqəmsal aktivlərlə işləyən iri şirkət – “Crypto.com”un açıqlamasında bildirilir.
Bundan başqa, məlumata görə, hazırda “Bitkoin” və dəyərinə görə 2-ci olan “Ethereum” bazar payını itirir. Digər rəqəmsal aktivlərə malik istifadəçilərin sayı isə davamlı olaraq artır.