3 C
Baku
Saturday, December 14, 2024

Dünyada milyarderlərin sayı 7 faiz artıb

Dünya üzrə milyarderlərin sayı 2022-2023-cü illər arasında 7 faiz artaraq 2376-dan 2542-yə, sərvətləri isə 9 faiz artaraq 11 trilyon ABŞ dollarından 12 trilyon ABŞ dollarına yüksəlib.

Bu barədə İsveçrənin UBS bankının saytında “Milyarderlərin 2023-cü il üçün ambisiyaları” adı ilə dərc olunan hesabatda deyilir.

UBS hesab edir ki, innovativ texnologiya və səhiyyə şirkətləri olan milyarderlər son 10 ildə ən çox sərvətə sahib olsalar da, sənaye şirkətləri olan milyarderlərin sərvətində 15 faiz yaxşılaşmanın əlamətləri var: “Bu, çox güman ki, bir neçə ölkədə enerji keçidi və artan müdafiə xərcləri fonunda davam edəcək”.

Məlum olub ki, ötən il sərvət toplayan milyarderlərin əksəriyyəti bunu sahibkarlıq yolu ilə deyil, miras yolu ilə əldə ediblər: “Bu, növbəti 20 ildə daha çox qarşılaşa biləcəyimiz mövzudur, çünki mindən çox milyarder öz övladlarına təqribən 5,2 trilyon ABŞ dolları köçürür”.

Son xəbərlər
Digər xəbərlər