10 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən bahalı brendi məlum olub

“Brand Finance” məsləhətçi şirkətinin dünyanın ən bahalı brandlarının illik reytinqində ikinci dəfədir ilk yeri “Amazon” şirkəti tutub.

Bu dəfə şirkətin brandı 187,9 milyard ABŞ dolları məbləğində qiymətləndirilib, yəni əvvəlki ilə nisbətən “Amazon” 25 faiz bahalaşıb.

İkinci yerdə qərarlaşan “Apple” şirkətinin brandı il ərzində 5 faiz bahalaşaraq 153,6 milyard dollar, üçüncü yerdəki “Google” brandı 18 faiz bahalaşaraq 142,7 milyard dollar, dördüncü yerdəki “Microsoft” 47 faiz (!) bahalaşaraq 119,5 milyard dollar, beşinci yerdəki “Samsung” isə 1 faiz ucuzlaşaraq 91,2 milyard dollar məbləğində qiymətləndirilib.

Həmçinin ən uğurlu brand menecer qismində “Amazon” şirkətinin təsisçisi Ceff Bezos tanınıb. Bununla yanaşı, Bezosun boşanmasının həm özünün, həm də şirkətin brandına mənfi təsir edə biləcəyi də qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər