10 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən böyük kriptobirjalarından biri işçilərinin 30%-ni ixtisar edir

Dünyanın üçüncü ən böyük kriptobirjası “Kraken” işçilərinin təxminən 30%-ni (1100 nəfər) ixtisar edəcək. Bu barədə şirkətin korporativ bloqunda onun həmtəsisçisi və baş direktoru Cessi Pauell məlumat yayıb. Şirkət bu addımını “kripto qışından sağ çıxmaq” ehtiyacı ilə əlaqələndirib.

Pauell bildirib ki, ixtisarlar şirkətə “mövcud bazar şərtlərinə uyğunlaşmaq” imkanı vermək üçün lazımdır. O yazır ki, “makroiqtisadi və geosiyasi amillərin” yaratdığı artımın yavaşlaması istehlakçı tələbinin, ticarət həcminin və kriptovalyuta mübadiləsi müştərilərinin sayının azalmasına səbəb olub.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Qeyd edək ki, kriptovalyuta bazarında böhran “FTX” kriptobirjasının iflasından sonra başlayıb. Birja noyabrın 28-də müflis olmaq üçün müraciət edib. 2022-ci ilin əvvəlində “FTX” 32 milyard dollar dəyərində qiymətləndirilib.

“FTX”in qurucusu Sem Benkman-Frid iflas ərizəsi verdikdən sonra birjanın rəhbəri vəzifəsindən istefa verib. Mənbələr onun “FTX”dən gizli şəkildə 10 milyard dollar müştəri vəsaitini “Alameda Research”in filialına köçürdüyünü, bundan sonra məbləğin əhəmiyyətli bir hissəsinin yoxa çıxdığını bildirir. Benkman özü bu məlumatı inkar edir.

Son xəbərlər
Digər xəbərlər