13 C
Baku
Thursday, April 18, 2024

Dünyanın ən uzun dəmir yolu marşrutu açıqlanıb

Laosda dəmir yolu Portuqaliyadan Sinqapura qatarla getməyi mümkün edir.

Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Tarixdə dünyanın ən uzun dəmir yolu marşrutunu – 18,75 min km-ni qət etmək təxminən üç həftəyə başa gəlir.

Məqalədə qeyd olunur ki, Laosda uzunluğu 414 km olan dəmir yolunun çatışmayan hissəsinin tikintisini “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi çərçivəsində Çin tərəfindən həyata keçirilib. Beş il ərzində həyata keçirilən layihənin dəyəri 6 milyard ABŞ dolları təşkil edib.

Avropanın ən qərb ölkəsindən başlayan və Cənub-Şərqi Asiyada bitən qatar səyahəti üçün cəmi 13 qatar tələb olunacaq. Nəşr qeyd edib ki, bəzi ölkələr arasında qatarlar artan intervallarla hərəkət edir, bu səbəbdən onların yola düşməsini otellərdə gözləmək lazım gələcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər