Banker.az xəbər verir ki, Forbes nəşrinin yeni reytinqinə əsasən, amerikalı Serena Williams ikinci il ardıcıl olaraq dünyanın ən varlı qadın idmançısı elan edilib.
35 yaşlı idmançı 2017-ci il ərzində 27 milyon dollar qazanıb. Bu məbləğə turnirlərdə qələbəyə görə mükafatlar, reklam kampaniyaları və tədbirlərdə iştiraka görə gəlirlər daxildir.
Reytinqin ikinci pilləsində daha bir tennisçi – alman Angelik Kerber (12,6 milyon dollar) qərarlaşıb. Bundan əlavə, üçüncü pillədə amerikalı avtomobil yarışçısı Danika Patrik (12,2 milyon dollar), dörddə ABŞ-dan qarışıq tərz üzrə döyüşçü Ronda Rouzi (11 milyon dollar), beşdə isə Serena Williams-ın bacısı Vinus (10,5 milyon dollar) yer alıb.
Qeyd edək ki, Serena Williams 19 apreldə hamilə olduğunu elan etmişdi. Hazırda idmançı turnirlərdə iştirak etmir və 2018-ci ildən yenidən korta qayıtmağı planlaşdırır.