-3 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ən yaxşı valyutası açıqlanıb – “Bloomberg”

“Bloomberg”in məlumatına görə, Zimbabve dolları son bir ayda ABŞ dolları qarşısında möhkəmlənən valyutalar arasında lider olub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Agentliyin məlumatına görə, iyunun ortalarından etibarən Afrika ölkəsinin valyutası ABŞ dollarına nisbətdə birdən-birə 41.8% bahalaşıb. Sonrakı yerdə Syerra-Leonenin valyutası gəlir – o, 13.3% artıb, üçüncü yerdə isə 9.5% möhkəmlənən alban leki qərarlaşıb.

Düzdür, Zimbabve valyutası ilin əvvəlində başlayan zəifləmə səbəbindən lider olub. Bir qədər sonra məzənnə bir ABŞ dolları üçün 10 minə düşüb. Nəticədə inflyasiya 175%-ə qədər sürətlənib, buna görə də hakimiyyət vergi qanunvericiliyinə dəyişiklik etməyə və valyuta bazarını liberallaşdırmağa məcbur olub.

Son xəbərlər
Digər xəbərlər