Dünyanın ən zəngin adamları bir gündə 78 milyard dollar itirdilər. Ekspertlərin vurğuladığı kimi, cümə axşamı günü (12 mart) ABŞ və Avropa fond bazarları üç 30 ilin ən pis günü hesab olunur.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Zərər çəkənlərə daxildir:
– “Amazon” şirkətinin qurucusu Ceff Bezos: 8 milyard dollar itirib, hal-hazırda sərvəti – 104,4 milyard dollar;
– “Louis Vuitton” və “Dior” şirkətlərinin sahibi Bernar Arno: 7,7 milyard dollar itirib, sərvəti – 82,5 milyard dollar;
– “Facebook” un qurucusu Mark Çukerberg: 5,7 milyard dollar itirib, sərvəti – 57,4 milyard dollar;
– “Oracle” şirkətinin təsisçisi Larri Elison: 5,6 milyard dollar itirib, sərvəti – 51,7 milyard dollar;
– “Microsoft” un təsisçisi Bill Qeyts: 5,3 milyard dollar itirib, sərvəti – 99,2 milyard dollar;
– İnvestor Uorren Baffet: 5,2 milyard dollar itirib, sərvəti – 71,5 milyard dollar;
– “Zara” və “Massimo” şirkətlərinin sahibi Amansio Orteqa: 5,2 milyard dollar itirib, sərvəti – 58,1 milyard dollar;
– “Microsoft” şirkətinin sabiq rəhbəri Stiv Balmer: 4,3 milyard dollar itirib, sərvəti – 52,3 milyard dollar;
– “Google” un həmtəsisçisi Larri Peyc: 4 milyard dollar itirib, sərvəti 51,7 milyard dollar;
– “Google” un həmtəsisçisi Sergey Brin: 3,8 milyard dollar itirib, sərvəti – 49,8 milyard dollar;
Dünyanın digər ən zəngin insanlarının itkilərini Forbes Real-Time daim yenilənən reytinqində izləyə bilərsiniz.