10 C
Baku
Friday, December 13, 2024

Dünyanın nəhəng almaz banklarından biri çinlilərə satıldı

Çinin Yinren Group şirkəti almaz bankları sırasında nəhəngliyinə görə ikinci yerdə olan Antwerp Diamond Bank (ADB)-in sahibi olacaq. Müqavilə haqqında məlumat belçikalı KBC maliyyə qrupunun rəsmi mətbuat xidmətlərinə əsasən verilmişdir.

Çin şirkəti ilə olan müqavilənin məbləği isə bildirilmir. KBC-nin verdiyi məlumata görə tənzimləyicilər hələ bu əldə etmə prosesini təsdiq etməlidirlər. Tərəflərin razılığa gəlməsi çərçivəsində ADB-nin kredit portfelinin bir hissəsi KBC bankın aktivlərinə köçürüləcək. Bundan əlavə, müqavilə başa çatdıqdan sonra KBC group minimum 2 il ərzində ABD-ni 200 milyon avro dəyərində maliyyələşdirəcək.

Yinren Group beynəlxalq ticarət, daşınmaz əmlakla məşğul olmaqla yanaşı, almaz bazarında da işləyir. Group Çin, Honq Konq və Braziliyada fəaliyyət göstərir. ADB-nin alınması Yinren şirkətinin Çində almaz bazarını inkişaf etdirməyə kömək edəcək.

Antwerp Diamond Bank isə 1934-cü ildə yaradılıb və almazların alınıb-satılması müqavilələrini maliyyələşdirmək ilə məşğul olur. Bu almaz bankı Antverpen, Dubay, Cenevrə, Honq Konq, Mumbay və Nyu-Yorkda fəaliyyət göstərir. Onun ofislərində bütün dünya üzrə 180 insan çalışır.

Son xəbərlər
Digər xəbərlər