20 C
Baku
Sunday, May 5, 2024

Əhali nağd dollarını banklarda manata dəyişdirir – Əhalidən banklara $ axını

Avqusta bankların əhalidən aldığı nağd ABŞ dollarının həcmi əhaliyə satılanı gözlənildiyi kimi yenidən üstələyib və onlar milli valyutada banklara depozit yerləşdirməyi üstün tuturlar.

Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, banklar avqust ayında əhalidən nağd 139.5 milyon ABŞ dolları alıblar. Əhaliyə satılan isə 114.28 milyon dollar təşkil edib.

2023-cü ilin avqustunda Dövlət Neft Fondu yerli banklara hərraclarda 93.9 milyon ABŞ dolları valyuta satıb.

Beləliklə, 2023-cü ilin ilk səkkiz ayı ərzində banklar əhalidən nağd 1 milyard 94 milyon dollar aldıqları halda, onlara cəmi 987 milyon dollar satıblar. Nəticədə əhali tərəfdən banklara nağd 108 dollar axını olub.

345345345

Azərbaycan Mərkəzi Bankı da bu şəraitlə bağlı 20 sentyabr tarixli faiz qərarına dair açıqlamasında yer verdi. Bildirildi ki, profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir.

Hesabat müddətində Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99 faizdə təklif tələbi üstələyib. Bu dövrdə AMB valyuta bazarına müdaxiləsi 122 mln. ABŞ dolları olmaqla alışyönlü olub.

Bununla belə, valyuta bazarındakı dollar tələbinin azalmasına rəğmən Azərbaycan Mərkəzi Bankı nağd ABŞ dolları ilə bağlı yerli banklara limiti aradan qaldırmayıb.

ƏHALİ MANATDA DEPOZİTƏ DAHA ÇOX MEYİLLİDİR…

Hökumət və Mərkəzi Bankdan manatın məzənnəsi dollara qarşı sabit qalacağına dair növbəti siqnalları əhalini bu valyutada depozit yerləşdirməyə stimul verir. 2023-cü ilin əvvəli əhalinin banklardakı cəmi depozitlərinin həcmi 6.9 faiz artaraq avqustun sonuna 12 milyard 276 milyon manata yüksəlib. Baxmayaraq ki, 1 fevraldan depozitlər üçün 10%-lik vergi güzəşti ləğv edilib, bu müddətli depozitlərin həcminə təsir etmədi.

Müddətli depozitlərin həcmi ilin əvvəlindən 8 faiz artaraq 6 milyard 691.5 milyon manata yüksəlib. Bu artım manatda yerləşdirilən müddətli əmanətlərdə 13.5 faizdir. Xarici valyutada olan depozitlərin həcmi 0.9% ilin əvvəlindən azalma nümayiş etdirir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin 2024-cü il üzrə büdcə proqnozu açıqlanıb, orada bildirilir ki, İqtisadiyyat Nazirliyi dollar/manat cütlüyünün 1.7 səviyyəsində sabit qalması dəstəklənəcək. İqtisadiyyat  Nazirliyi  tərəfindən  təqdim  olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ciillər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi bu səviyyədə götürülüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər