“Maliyyə Sabitliyi Şurası tərəfindən verilmiş qərarlar, formalaşmış makroiqtisadi çərçivəyə əsasən deyə bilərik ki, biz manatın gələcək məzənnəsi üçün hər hansı risklər görmürük”.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Manatın məzənnəsinin üzən məzənnə rejimində formalaşdığını deyən E.Rüstəmov bildirib ki, tədiyyə balansı müsbət olanda manatın möhkəmlənməsi müşahidə edilir: “Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük”.
APA