10 C
Baku
Thursday, December 12, 2024

Elon Musk oğullarını necə tərbiyə edir

Elon Musk və keçmiş həyat yoldaşı Justine-in 5 oğlu var – 11 yaşlı əkizlər və 9 yaşlı üçəmlər. Milyarderin sözlərinə görə, ağıllı və təhsilli insanlar mümkün qədər çox övlada sahib olmalıdır, çünki onlar onun özünə bənzəyəcək. İndi Tesla şirkətinin yaradıcısı Eloun Musk-ın əsas vəzifəsi öz övladlarına yaxşı təhsil verməkdir.

Elon Musk-ın özü CAR-da amerikan əsilli zəngin ailədə dünyaya gəlib. Məktəbdə onun işləri heç də qaydasında deyildi: o, sinfin ən balacası idi, tez-tez hər hansı tapşırığı həll edərkən özünə qapanırdı və idmanı sevmirdi. Musk-ın demək olar ki, dostu yox idi, onu tez-tez incidirdilər. Bir dəfə hətta onu döydükdən sonra sındırılmış burnunu bərpa etməli olur. Gələcəyin milyarderinin ailədə də bəxti gətirmirdi. Valideynləri boşandıqdan sonra Musk xoşagəlməz xarakteri ilə fərqlənən atası ilə qalır. “Atam vəziyyətin nə dərəcədə yaxşı və yaxud pis olmasından asılı olmayaraq, onu daha bərbad etməyi bacarırdı” – deyə Musk etiraf edir. Elon həyat yoldaşı ilə (cütlük 2008-ci ildə ayrılır) uşaqlarına uzun müddət babaları ilə ünsiyyət qurmağa icazə vermirdilər.

Bütün bu amillər Musk-ın övladlarını necə tərbiyəli etməli olduğu qərarına təsir edib. Onun oğlanları ilk olaraq Los-Ancelosda xüsusi istedadlı uşaqlar üçün Mirman məktəbində təhsil alıb. Bu məktəbə qəbul xüsusi IQ testi keçdikdən sonra mümkündür. Lakin Musk-ın fikrincə hətta bu təhsil müəssisəsində belə təlim düzgün aparılmırdı. Öz tələblərinə cavab verən məktəbi tapa bilməyən Musk Cənubi Kaliforniyada öz şəxsi məktəbini yaradır və onu “Ad Astra” (latın dilində “ulduzlara doğru” adlandırır. Bu məktəbdə hələ ki, 14 şagird təhsil alır və onların hamısı SpaceX şirkətinin əməkdaşlarının uşaqlarıdır. Sentyabr ayında şagirdlərin sayı 20-ə çatmalıdır.

Banker.az saytı Elon Musk-ın övladlarını tərbiyə etmək üçün rəhbər tutduğu prinsipləri təqdim edir:

Uşağa onun sevdiyini öyrətmək

“Mənim oğullarım tətilin bitməsini və yenidən məktəbə getməklərini səbirsizliklə gözləyirlər. Bunun yaxşı əlamət olduğunu düşünürəm. Mənim üçün məktəb işgəncə idi” – Musk etiraf edir. Ad Astra məktəbində cəmi 3 müəllim tədris edir. Burada ənənəvi sinif bölgüsü yoxdur və uşaqlara əvvəlcədən hazırlanmış proqram əsasında deyil, hazırda uşağa nəyin maraqlı olduğu əsasında tədris edilir. “Kimisi riyaziyyatı, kimisi xarici dilləri, kimisi isə musiqini sevir. Uşağı hazırda nəyin cəlb etdiyini ona öyrətmək daha məntiqli addımdır” – sahibkar vurğulayıb.

Problemin həll yolunu tapmağı öyrətmək

Musk belə hesab edir ki, uşaqlara problemin həlli üçün alətlərdən istifadə etmək əvəzinə, həll yolu axtarmağa kömək etmək lazımdır. Məsələn, uşağın mühərrikin necə işlədiyini anlamasını istəyirsinizsə ona lazımi alətlərin necə işlədiyini göstərmək və bunlar haqqında məlumat vermək lazım deyil. Musk təklif edir ki, uşağa mühərriki göstərərək ondan onu hissələrə necə ayıra biləcəyini soruşun. Qarşısına qoyulan tapşırığı həll etməyə çalışan uşaq ona bu işdə lazım olacaq alətləri təyin edəcək və onların necə işlədiyini öyrənməyə başlayacaq.

Uşaqlara maksimum çox kitab almaq

“Uşağınıza nə vaxtsa qazandıra biləcəyiniz ən böyük üstünlüklərdən biri onda kitaba qarşı maraq yaratmaqdır. Övladınızın həm akademik, həm də şəxsi həyatında bu marağın doğurduğu nəticələr sizi heyrətə gətirəcək. Buna nail olmaq üçün uşağınızı kitab mağazasına aparın və onun buradan istədiyi hər bir şeyi ala biləcəyini deyin. Kitabları evə gətirin və təsadüfi məkanlar seçərək həmin yerlərdə yerləşdirin. Uşaqlara bu kitabları özləri aşkar etmək imkanı verin” – deyə Elon Musk-ın keçmiş həyat yoldaşı Justine Musk qeyd edib. Bir dəfə Elon həyat yoldaşına öz kredit kartını verərək kitabxanaya göndərib və istədiyi qədər pul xərcləyə biləcəyini deyib.

Sualları düzgün verməyi öyrətmək

Justine Musk tez-tez kreativliyi necə inkişaf etdirmək barədə danışır. Onun fikrincə uğura nail olmağın şərtlərindən biri də sualları düzgün şəkildə verməyi bacarmaqdır. Uşaq özündən “Mən necə milyarder ola bilərəm?” deyə soruşmamalıdır. O qlobal düşünməyi və unikal cavablar tapmağı öyrənməlidir. Tənqidi düşünməyi, yeni rəqabətli məhsullar yaratmağı öyrənməklə və kompüterin heç vaxt əvəz edə bilməyəcəyi bir şəxsə çevrilməklə uğura nail olmaq olar.

 

Son xəbərlər
Digər xəbərlər