Bank olmayan kredit təşkilatı “EmbaFinans” son dəyişiklərdən sonra, nəhayət borc kağızlarını Bakı Fond Birjasında hərraca çıxarıb. BOKT manatda emissiya edilən bu istiqrazları olaraq ilkin təqdimetmədə 9%-lə təklif etməyi planlasa da sonradan bazarda vəziyyəti görüb, ödəniş faizi dərəcəsini 11%-ə qaldırmışdı.
Bu istiqrazların hər biri 1 000 manat olmaqla 1500 ədəd emissiya edilib.
Banker.az xəbər verir ki, bir il müddəti əhatə edən bu qiymətli kağız üçün hərracda 8 investor taplıb. Düzü bu 8 investordan 4-ü “normal” maraqla alış edib.
Bel ki, dörd investorun aldığı istiqrazların həcmi 1 milyon 485 min manatı əhatə edib.
Əsasən istehlak kreditlərinə kredit təqdim edən kredit təşkilatının 1 yanvar 2020-ci il tarixi üzrə rəqəmləri deyir ki, BOKT “EmbaFinans”ın 4.03 mln. manatlıq qiymətli kağızlar üzrə öhdəliyi vardır.
Lakin, öhdəliklərinin əsas artımı banklardan götürdüyü əlavə 8.36 milyon manatlıq kredit borcudur ki, bu da illik müqayisədə 86% artımın olmasıdır. “Embafinans BOKT” 2019-cu il ərzində iki bankdan ümumilikdə 18.04 mln. manatlıq kredit borcu cəlb edib. Ötən ilin iyulunda “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4.02 mln. manatlıq 11 faiz illik ödəniş faizi ilə, elə həmin bankdan oktyabrda 2.35 mln. manatlıq 13 faiz illik ödəniş ilə kredit cəlb edib. Digər krediti isə 11.67 mln. manatı ötən ilin son ayında “PAŞA Bank” ASC-dən 11% illik ödəniş faizlə götürüb.
BOKT “EmbaFinans”ın 10 mln. manat nizamnamə kapitalının 60%-i Elşad Abbasova və 40%-i Məşhur Məmmədova məxsudur. M.Məmmədov həmçinin iş adamı kimi tanınmaqla yanaşı, Azərbaycan Milli Məclisinin VI çağırış deputatıdır.