10 C
Baku
Thursday, December 12, 2024

Əmi və qardaşoğlu şirkəti 70 milyonluq ziyana salıblar

Böyük Britaniyada əmi və qardaşoğlu əlbir olaraq “Royal Mail” şirkətinə 70 milyon funt sterlinq dəyərində ziyan vurublar.

Bununla bağlı Parmjeet Sandhu və onun qardaşı oğlu Balginder Sandhu dələduzluqda ittiham olunurlar.

Məhkəmənin gəldiyi rəyə əsasən iki qohum saxtakarlıq yolu ilə “Royal Mail” şirkətini çökdürmək üçün 10 il əlbir işləyiblər. Onlar P.Sandhunun qardaşı, “Packpost International Ltd”nin sahibi Narinder Sandhudan təlimat alıblar. Sonuncu artıq öz günahını etiraf edib.

Dələduzlar tərəfindən Buckinghamshire və Berkshire əyalətlərindəki logistika şirkətləri şəbəkəsi vasitəsilə göndərilən poçt göndərişlərinin sayının az elan edilərək, milyonlarla funt sterlinqin mənimsənildiyi iddia edilir.

Qeyd edək ki, 56 yaşlı Parmjeet Sandhu “Tiger International Logistics Ltd” və “Worldwide Transport Express Ltd”nin direktorudur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər