3 C
Baku
Saturday, December 14, 2024

Enerji böhranından ən çox zərər çəkəcək ölkələr açıqlanıb

İndi bütün dünya Avropa İttifaqı (Aİ) ölkələrini və onların Rusiya yanacağı olmadığı şəraitdə problemlərin öhdəsindən necə gəldiklərini izləyir. Lakin yüksək enerji qiymətlərindən və xammal qıtlığından ən çox zərər çəkən onlar deyil, yeni tariflərlə qaz və neft almağa pulu olmayan kasıb dövlətlər olacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Kasıb ölkələr indi tərəfdaşsız qalıblar. İlk növbədə, bu, Pakistan və Hindistana aiddir – onların ehtiyatda saxladığı xammal Avropa bazarına yönəldilir. Bu ölkələr üçün başqa tədarükçü tapmaq çətindir, çünki hazırda yeni qaz mənbələri yoxdur.

Avropalılar Rusiya qazından yalnız istehlakın nəzərəçarpacaq dərəcədə azalması şərti ilə imtina edə biləcəklər. Eyni zamanda, Asiyada istehlak daha aşağıdır, çünki bəzi ölkələrdə sənaye koronavirus səbəbindən dayanıb. Onlar qazdan kömürə keçiblər, ona görə də mavi yanacaq uğrunda o qədər də rəqabət aparmırlar.

Daha əvvəl Asiya bazarında kömürün qiyməti rekord həddə qalxmışdı. Nəticədə, bir ton kömürün qiyməti 421 dollara çatıb. Belə qiymət artımı istilər səbəbindən alternativ enerji mənbələrinin olmaması və elektrik enerjisinə tələbatın artması ilə əlaqələndirilir. Bu, ev təsərrüfatlarının elektrik enerjisi qiymətlərinin artmasına, yoxsul ölkələrdə kömür çatışmazlığına və yaşıl keçidin gecikməsinə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər