18 C
Baku
Saturday, May 4, 2024

Enerji toplamdan 50 günə qədər işləyən unikal ağıllı saat satışa çıxarılıb

Çin markası “Kospet” bazarda açıq hava həvəskarları üçün möhkəm korpusda “Tank M1 Pro” smart saatını təqdim edib.

Modelin əsas xüsusiyyətlərindən biri müəyyən şərtlərdə enerji doldurmadan 50 günə qədər işləyə bilməsidir.

Xarici təsirlərə qarşı müqavimətlə yanaşı “Tank M1 Pro” 320 × 280 piksel təsvir ölçülü 1,72 düymlük IPS ekranla təchiz edilib. O, Android 6.0, iOS 9.0 və daha yeni əməliyyat sistemi olan istənilən smartfona qoşulur.

Saatda 24 idman rejiminə dəstək, ürək döyüntüsünü və qanda oksigeni ölçmək üçün sensorlar, həmçinin yuxuya nəzarət funksiyası var. Şirkətin internet mağazasında saatın qiyməti 60 ABŞ dollarıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər