17 C
Baku
Sunday, May 5, 2024

Federal Open Market Committee (FOMC) nədir?

0

Federal Open Market Committee (FOMC) nədir?

FED-in pul siyasətinin istiqamətini müəyyən edən şöbəsi. FOMC-in yeddi üzvü var, şöbəyə həmçinin beş ehtiyat bankın prezidentləri daxildir. Nyu-York şəhərinin ehtiyat bankının prezidenti daimi, digər bankların prezidentləri isə müvəqqəti üzvdürlər və ildə bir dəfə dəyişirlər.

FOMC termininin izahı

FOMC illik faiz dərəcələrini müəyyən etmək, habelə kağızlarının alqı-satqısı ilə həyata keçirilən pul kütləsini artırmaq və ya azaltmaq qərarına gəlmək üçün ildə səkkiz dəfə görüş keçirir. Məsələn, pul kütləsini və ya bank sistemində olan pulun miqdarını azaltmaq üçün FED dövlətin qiymətli kağızlarını satır. Komitənin qapalı olan iclasları, Uol-Strit-də müxtəlif spekulyasiyalara səbəb olur – analitiklər faiz dərəcələrinin aşağı düşməsini və ya əksinə artmasını proqnoz etməyə çalışırlar.