2 C
Baku
Saturday, December 14, 2024

Konsensus nədir?

0

Have a Question?

Konsensus (lat. consensus razılıq, ümumi rəy deməkdir) — beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın və ya müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səs vermə keçirilmədən razılığa gəlməsi. Məsələn Avropada Təhlükəsizlik və əməkdaşlığa dair müşavirənin (1975) yekun aktı konsensusla qəbul olunmuşdur. Konsensus dövlətlər arasında razılığın əldə edilməsində böyük rol oynayır.

Konsensus – [lat. consensusu – razılıq, razılaşma, ümumi rəy]

  • Mübahisəli məsələ üzrə razılığa gəlmə;
  • Əməliyyatın, fəaliyyətin keçirilməsi şərtləri üzrə onlarda maraqlı olan bir çox tərəf arasında əldə edilmiş razılıq;
  • Beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın, yaxud müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səsvemə keçirilmədən qəbul edilməsi.