14 C
Baku
Thursday, April 25, 2024

Krediti necə götürmək olar?

0

Krediti necə götürmək olar?

Azərbaycanda iqtisadi inkişaf templərindən asılı olaraq, müxtəlif dövrlərdə kreditlərin götürülməsində müəyyən çətinliklər olub. “Bum” dövrü kimi tanınınan və 2015-ci ilin fevral ayına qədər davam edən dövrdə bu kreditlərin götürülməsi daha rahat idi. Lakin devalvasiya baş verdikdən sonra, bankların demək olar hamısı kreditlərin verilməsi prosesinin sürətini azaltdı və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kreditləşmə ilə bağlı tövsiyyə xarakterli olsada, lakin bütün banklar üçün məcburi olan qaydalar təsdiq olunduqdan sonra kreditlərin götürülməsi qaydaları bir qədər sərtləşdirilmişdir.

Hazırda kredit götürmək üçün uyğunluq parametrləri aşağıdakı kimidir:

İstehlak kreditləri və nağd pul kreditləri:

  • Yaş kriteriyası. Kreditlər adətən banklar tərəfindən minimum 18 , maksimum 70 yaş olmaqla verilir. Bu qrup xaricində olan digər şəxslərə demək olarki kredit ayrılmır.
  • Rəsmi əmək haqqı. İstehlak krediti götürən zaman qanunvericiliklə şəxsin rəsmi əmək haqqısının olması tələb olunur. Bank şəxsin əmək haqqısını arayış, electron hökumət portalından çıxarış , bank hesabından çıxarış və s. təsdiq edə bilər. Rəsmi əmək haqqısı olmayan şəxslərə kreditlərin ayrılması demək olarki hazırda mümkün deyil.
  • Zaminli və zaminsiz. Banlarda məbləğdən asılı olaraq müştəridən zamin tələb oluna bilər. Bir çox banklarda bu məbləğ 3000-5000 manata qədərdir. Lakin müştərinin əmək haqqısı və işlədiyi yerdən asılı olaraq, zaminsiz kreditin məbləği 20 000 manata qədər ola bilər.
  • Adətən Banker.az daxil olan suallardan çoxu bu mövzuya aiddir – maşın və ya ev girov qoyub kredit götürə bilərəm? Hazırda demək olarki bütün banklar, müştərinin yalnız gəlirləri olduğu halda ona girovla kredit təqdim edirlər. Yəni şəxs, aldığı kreditin ən azı aylıq ödənişindən artıq gəlirə sahib olmalıdır.
  • DTİ əmsalı. Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən 2016-ci ilin aprel ayından tətbiq edilir. Bütün istehlak kreditləri götürən şəxslər bu əmsal ilə kredit ayrılır. Əmsalın qısa mahiyyəti belədir: Müştərinin bütün kreditlər və zaminlik üzrə kreditlərinin aylıq ödənişlərinin cəmi onun əmək haqqısına bölünür. Alınan nəticə 50% aşağı olduğu halda (və 50% qədər) kredit ayrıla bilər. Əgər müştərinin əmək haqqısı minimum əmək haqqının 3 mislindən azdırsa, o zaman DTİ əmsalı 40% təşkil edir.

Avtomobil kreditləri:

Bu kreditlərin verilməsi demək olarki Mərkəzi bank tərəfindən hələ 2014-cü ildə dayandırılıb. Yəni hazırkı şərtlər elədir ki, bu şərtlə kredit götürmək qeyri mümkündür ( ilkin ödəniş 50% yaxındır).  Odurki bir çox avtosalonlar maşınları lizinq ilə satmağa üstünlük verilərki burada şərtlər tamam fərqlidir- faizlər çox, maşın şirkətin adında qalır hər ay ödəniş etdikdən etibarnamənin müddətini uzadırlar. Lakin çıxılmaz vəziyyətdə qalan bir çox insanlar bu mexanizmdən faydalanırlar.

İpoteka krediti:

Hazırda ən çox tələbat olan kreditlərdən biridə məhz bu kreditlərdir. Artıq bir neçə ildir bu kreditləşmədə İptoeka və Zəmanət fondu tərəfindən müəyyən təkmilləşdirmə işləri aparılmışdır. Hazırda növbə sistemi demək olar tam avtomatlaşıb və qaydalarla kredit düşən hər kəs kredit almaq üçün banklara müraciət edə bilir.  Bu günlərdə demək olarki bütün bankların ipoteka krediti vemrək üçün limitləri vardır və hətta limiti tam verə bilməyən banklar il sonunda endirim aksiyaları keçirirlər. Bu sahədə ən ciddi problem güzəştli şərtlə ipoteka kreditlərinin verilməsindədir. Bununla bağlı banklara çox az limit verilir və oda çox tez bir zamanda bitir.

Zaminliklə bağlı qeydlər

Əvvəlki dövrlərdə zamin dayanmaq olduqca rahat olduğuna görə, çox insan dost tanış və s. şəxslərə zamin dayanırdılar.  Lakin MBNP yuxarıda qeyd olunan yeni qaydaları qüvvəyə mindikdən sonra, müştərilərə kreditlərin verilməsi zamanı onun zamin dayandığı kreditlərdə onun öhdəliyi kimi nəzərə alınmağa başladığından bu məsələyə artıq daha ciddi yanaşmaq tələb olunur. Yəni sizin heç bir kreditiniz olmaz, lakin 3 nəfərə zamin durmanız, sizə yekunda kreditin ayrılmamasına gətirib çıxara bilər.

 Kredit götürmək üçün müraciət formaları:

Hazırda banklar tərəfindən aşağıdakı kanallar vasitəsi ilə kredit müraciətləri qəbul edilir.

  • Bankın saytından online müraciət
  • Whatsapp vasitəsi ilə kredit
  • ATM vasitəsi ilə kredit müraciəti
  • SMS vasitəsi ilə kredit müraicəti

Banklar üzrə kreditlərin hansı şərtlərlə verilməsinə dair bu bölmədən son məqalələrimizlə tanış ola bilərsiniz:

https://banker.az/category/bank-m%C9%99hsullari/kreditl%C9%99r/

Həmçinin Banker.azın kredit bazasından faydalanmağı unutmayın – bu bazara bütün banların kredit təklifləri qeyd olunub:

https://banker.az/list/

 

Bu mövzuya dair hər hansı bir sual yarandıqda sualınızı bizə ünvanlaya bilərsiniz: [email protected]

 

 

 

Məqalə üzrə açar sözlər: Kredit manatla, Kredit götür, Onlayn kredit, Online kredit, Whatsapp kredit, Hansı banklar kredit verir