2 C
Baku
Saturday, December 14, 2024

PİN-zərfi nədir?

0

Have a Question?

PİN-zərfi bank kartının PİN-kodunu müştəriyə təhvil vermək üçün istifadə olunur.

Bir neçə qat kağızdan ibarət olur, PİN-kod nömrəsi artıq qapadılmış zərfin içərisində çap olunur. Buna görə də zavod işçiləri müştərilərə məxsus olan gizli nömrələri görə bilmirlər. Çapdan sonra məxfi məlumatların sızmasının qarşısını almaq üçün kompüterin yaddaşı təmizlənir. Ödəniş sisteminin qaydalarına görə, əməliyyat zamanı ən azı iki işçi otaqda olmalıdır – qarşılıqlı nəzarət üçün.