6 C
Baku
Sunday, December 15, 2024

Transaksiya nədir?

0

Have a Question?

Transaksiya – pul vəsaitləri ilə həyata keçirilən əməliyyatlara deyilir: köçürmə, çıxarma və ya hesaba qoyma. Yəni bank hesabından istifadə ilə bağlı hər hansısa bir proses. Bu söz ingilis dilindən götürülüb (transaction) və “iş, müqavilə, razılaşma” deməkdir.

Transaksiya adlandıra bildiyimiz əməliyyatlara aiddir:

– Bank transaksiyası – vəsaitlərin bir hesabdan digərinə köçürülməsi.

– Mühasibat uçotu transaksiyası – hesablar arasında həyata keçirilən pul köçürülmə əməliyyatları.

– Qiymətli kağızlar bazarında transaksiya – bu və ya digər aktivlərlə əməliyyatlar. Alınan və ya satılan səhm, istiqraz və ya maliyyə alətlərinin sayı müxtəlif ola bilər.

Transaksiyaların xüsusiyyətlərinə aiddir:

– Fasiləsizlik

– Razılaşdırılma   

– İzolyasiya

– Davamlılıq

Bundan əlavə, “transaksiya” termini kredit kartları ilə əməliyyatlarda geniş istifadə olunur. Ümumilikdə, onlayn və offlayn transaksiyalar fərqləndirilir. Onlar transaksiya prosessinq mərkəzi ilə dərhal bağlantının yaradılmasını nəzərdə tutur.