Sərhəddə ölən erməni hərbçilərinin sayı arta bilər, itkin düşənlər var.
Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə Komissiyasının sədri Andranik Koçaryan deyib.
“İtkin düşənlər var, onların taleyi bəlli olandan sonra nə qədər ölən və əsir götürülənin olduğu aydınlaşacaq”, – o vurğulayıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan erməni tərəfinin 135 itki verdiyini və bu sayın arta biləcəyini deyib.