Ermənistanın patrul və qarovul xidməti (“qırmızı beretlər”) xüsusi taborunun komandir müavini Xaçatur Tovmasyan səlahiyyətlilərin hərəkətlərinə etiraz olaraq istefa verib.
Bu barədə “Daşnaktsutyun” partiyasının nümayəndəsi Qeqam Manukyan müxalifətin bu gün keçirilən mitinqində açıqlama verib. Manukyan mitinq zamanı Tovmasyanın müraciətini aksiya iştirakçıları üçün oxuyub.
Xaçatur Tovmasyan müraciətində insani və mənəvi dəyərlərin onun üçün vacib olduğunu və hiyləgər və özünə hörmət etməyən bir hökumətə, məsuliyyətsiz insanlara xidmət etməyi mümkün hesab etmədiyini bildirib.
Qeyd edək ki, Ermənistanda artıq bir neçə həftədir davam edən mitinqlərdə etirazçılar Nikol Paşinyanın istefasını tələb edir, onu milli maraqlara xəyanət etməkdə ittiham edirlər.