22 C
Baku
Friday, April 19, 2024

Facebook göndərilən mesajları 10 dəqiqə ərzində silmək funksiyasını əlavə edib

Daha əvvəl bunu yalnız Mark Zuckerberg edə bilərdi.

Facebook istifadəçiləri göndərilən mesajları on dəqiqə ərzində silmək imkanını əldə ediblər. Bu funksiya Android və iOS üçün sosial şəbəkə proqramının yeni versiyalarında mövcuddur, TechCrunch xəbər verir.

Göndərilən mesajı silmək üçün ekranda iki dəfə basmaq tələb olunur. Burada mesajları bütün həmsöhbətlər üçün silmək və ya yalnız özünüzdən gizlətmək funksiyalarından birini seçməyiniz tələb olunur.

Mesajların bütün həmsöhbətlər üçün silinməsi zamanı, onlara mesajın silinməsi barədə bildiriş gələcəkdir.

Son xəbərlər
Digər xəbərlər