2 C
Baku
Saturday, December 14, 2024

Facebookun kapitalizasiyası 150 milyard dollar itirib

Mark Zuckerbergin Facebook şirkəti 26 iyul tarixində dördüncü dəfə maliyyə hesabatını təqdim edib. Hesabatın nəticəsi , analitiklərin gözlədiyi qədər yaxşı olmadı. Sosial şəbəkə ətrafında davamlı qalmaqalların yaranması səbəbindən,  şirkətin səhm qiymətləri  və Facebook kapitalizasiyası bir neçə saat ərzində ciddi şəkildə çöküb.

TechCrunch-ın məlumatına görə, son rübdə istifadəçi bazası yalnız 1.54% artıb, əvvəlki rübdə bu göstərici 3.14% təşkil edib. Aktiv istifadəçilərin də sayı minimum səviyyəsində artıb. Quartz-ın məlumatına əsasən, ümumi istifadəçilərin sayı 2.23 milyarda çatıb, halbuki analitiklərin gözləntisi 2.25 milyard idi. Şirkət həmdə analitiklərin gözləntisini maliyyə nəticələrindədə  doğrultmadı: 13.3 milyard dollar yerinə 13.2 milyard dollar.  Ümumilikdə Facebook uzun illər sonra ilk dəfə analitiklərin proqnozlarını doğrulda bilmədi.

Mark Zuckerbergin, Facebook-un fəaliyyətinin bir rüblə məhdudlaşmadığını, və şirkətin məhsullarından ən azı birinin 2.5 milyard insan tərəfindən  istifadə edildiyini bəyan etməyinə baxmayaraq, ümumi kapitalizasiya və səhmlərin qiyməti çökdü. Yalnız bir neçə saat ərzində bir ədəd  səhmin qiyməti 217 dolardan 166 dollara  düşüb və şirkətin ümumi kapitalizasiyası  150 milyard dollar azalıb. Müqaisə üçün-Netflix-in dəyəri bu qədər təşkil edir.

The Washingtin Post qəzetinin yazdığı məlumata görə, azalma Facebook  sosial şəbəkə ətrafında baş verən qalmaqallardan və Avropada GDPR-ın yeni qaydları, daha dəqiq desək, Facebook-un bu bölgədə biznes aparması üçün pul tələb etməsi, səbəb ola bilər.

Xatırladaq ki, Zuckerberg şirkətinin son illər ərzində kapitalizasiyada  itirdiyi ilk hal deyil.Facebook-un xarici şirkətlər tərəfindən istifadə edildiyi xəbəri yayıldıqdan sonra, onun kapitalizasiyası 30 milyard dollara kimi çöküb, lakin bir neçə həftə içində bərpa edilib.

Son xəbərlər
Digər xəbərlər