23 C
Baku
Tuesday, April 23, 2024

FAO taxıl məhsullarının bahalaşma səbəblərini açıqlayıb

Taxıl məhsullarının qiymət indeksi mart ayında orta hesabla 170.1 bənd təşkil edib və FAO tarixində (1990-cı ildən bu yana) rekord həddə çatıb. Belə ki, bu göstərici 2022-ci il fevral ayına nisbətən 24.9 bənd (17.1%), ötən ilin müvafiq dövrü ilə müqayisədə 46.2 bənd (37.3%) çoxdur.

Banker.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) əsas buğda ixracatçısı olan Ukrayna və Rusiya arasında baş verən müharibə və Qara
Dəniz regionunda ticarətin dayanması bu qiymət artımının əsas səbəblərindən biridir. Amerika Birləşmiş Ştatlarında (ABŞ) məhsul yığımı və istehsalı ilə bağlı problemlərin yaranması da bahalaşmaya təsir göstərib. Digər taxıl məhsulları olan həm sorqo, həm də arpa ixracatının qiymətləri beynəlxalq tarix boyu rekord həddə çatması da qiymət artımna səbəb olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər