25 C
Baku
Friday, April 19, 2024

FED-dən faiz qərarı gözləntisi

Bu gün axşam Federal Ehtiyatlar Sisteminin (FES, və ya FED) mətbuat konfransı olacaq. FES-in faiz artımı edəcəyini düşünmürəm. Faizləri 0%-0.25% ətrafında saxlayacaq.

Bunu iqtisadçı Elman Sadıqov bildirir.

O, bildirib ki, böyük ehtimalla əsas məsələlər və yanaşmalar belə olacaq:

– FES ABŞ iqtisadiyyatının bərpasının ilin 2-ci yarısından etibarən sürətli olacağını gözləyir, lakin hazırda hələ də ciddi risklər qalmaqdadır. FES hər hansı şok və risklərə qarşı hazır vəziyyətdədir;

– FES təşviq paketlərini alqışlayır;

– FES kəmiyyət yumşalmasını azaltmağı istisna etmir (Qeyd: səbəbi odur ki, təşviq paketi + kəmiyyət yumşalması = ikiqat inflyasiya təzyiqi və köpüklərin şişməsi riski). Bu incə nüansdır. Təşviq paketi həyata keçirilərkən FES hökumətin istiqrazlarını alaraq hökuməti özünə borclandıracaq (yəni onsuz da kəmiyyət yumşalması həyata keçirəcək). Amma, kəmiyyət yumşalmasını azaltmağı nəzərdə tutması maliyyə bazarlarına hazırda da davam edən əlavə likvidlik dəstəyi məsələlərini nəzərdə tutur (bu maraqlı sistem başqa bir geniş mövzudur);

– FES bundan sonra inflyasiyanı ciddi şəkildə izləyəcək. İnflyasiya hədəflənən 2% ətrafındadır (Qeyd: inflyasiyanın hədəfdən +-10% kənarlaşması yəqin ki, narahatlıq yaratmayacaq. Məsələ bu +-10% həddinin aşılması);

– FES inflyasiya təzyiqi hiss edərsə faiz artımları istisna deyil;

– FES dolların dəyərinin güclənməsi və ya zəiflədilməsi üçün hər hansı müdaxilə və tədbir görülməsini nəzərdə tutmur;

– Qlobal iqtisadiyyat əsas qayğılardan biri olaraq qalmaqdadır;

– Qlobal iqtisadiyyatda resessiya riskləri qalmaqdadır;

– Ticarət müharibələri və sanksiyaların riskləri qalmaqdadır;

– İnkişaf etməkdə olan bazarlarda risklər daha çox konsentrasiya olunmaqdadır.

Son xəbərlər
Digər xəbərlər